Səs yazısı yayılan məktəb direktoru vəzifəsindən azad edilib
Ötən günlərdə kütləvi informasiya vasitələrində Ucar rayonu Yuxarı Şilyan kənd körpələr evi-uşaq bağçasında baş verən neqativ halla bağlı səs yazısı yayılıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən verilən məlumata görə, məsələ ilə bağlı araşdırma aparılıb və fəaliyyətində yol verdiyi nöqsanlara görə sözügedən bağçanın müdiri səlahiyyətlərini müvəqqəti icra edən, həmçinin Ucar rayonu Yuxarı Şilyan kənd tam orta ümumtəhsil məktəbinin direktoru Emin Orucov tutduğu vəzifədən azad edilib.
"Əlavə olaraq bildiririk ki, təhsil müəssisələrində sağlam pedaqoji mühitin formalaşdırılması, etik davranış qaydalarına əməl olunması və fəaliyyətin mövcud qanunvericilik çərçivəsində təşkili, bununla yanaşı vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir", - deyə qurumdan bildirilib.
Oxşar xəbərlər
Qızına xəyanət etdiyinə görə kürəkənini döyən kişiyə hökm oxundu - TƏFƏRRÜAT
Sabirabad rayonunda 1981-ci il təvəllüdlü Rza Əhədov ailədaxili münaqişə zamanı kürəkəni Ayaz Hüseynova (ad-soyadlar şərti verilib-red.) xəsarət yetirib. BAKU.W...