Sərxoş moped sürücüsünün ağır fəsadlar törətməsinin qarşısı alındı

Sərxoş moped sürücüsünün ağır fəsadlar törətməsinin qarşısı alındı
Hadisə 132

"Sayı sürətlə artmaqda olan moped istifadəçiləri arasında intizamsızlığa yol verən sürücülərə qarşı mübarizə tədbirləri davam edir".

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.

Bildirilib ki, BDYPİ-nin YPX Alayının 2-ci taqımının əməkdaşları tərəfindən bu sahədə aparılan nəzarət-profilaktik tədbirlər zamanı təhlükəsizlik dəbilqəsini geyinmədiyi üçün saxlanılan moped sürücüsünün sərxoş olduğu aşkarlanıb:

"Təəssüf ki, mopedin sükanı arxasına sərxoş vəziyyətdə əyləşən Xaçmaz rayon sakini Hüseyn Nəzərli bu əməli ilə nəinki özünün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını real təhlükəyə atmasının fərqinə varmayıb".

Qeyd edək ki, motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri tərəfindən cari ilin 11 ayı ərzində respublika üzrə 46 yol-nəqliyyat hadisəsi törədilib ki, nəticədə 16 nəfər həyatını itirib, 34 nəfər isə xəsarət alıb.

Son xəbərlər