Şəmşad Ağa həbs edilib
06
fev
2025
16:47
"Arqument.az" saytının baş redaktoru, jurnalist Şəmşad Ağa (Ağayev) həbs edilib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar verib.
Xətai rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimata baxılıb.
Təqdimat təmin olunub, Şəmşad Ağa barəsində 2 ay 10 gün müddətində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Zərdabda otbağlayan aqreqatın təkərinin altında qalan azyaşlı ölüb
Zərdabda 3 yaşlı uşaq ehtiyatsızlığın qurbanı olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qoruqbağı kəndində qeydə alınıb. Belə ki, 2023-cü...