Şəmkirdə quldurluq yolu ilə 333 min manat ələ keçirmək istəyən şəxslər saxlanılıb
Şəmkir Rayon Polis Şöbəsinə "Mercedes" markalı avtomobildə sərnişin olan 2 nəfərin sürücüyə zor tətbiq edərək nəqliyyat vasitəsini və 332.800 manat ekvivalentində xarici valyutanın quldurluq yolu ilə ələ keçirilməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən 38 yaşlı Israpıl Baljanov, 39 yaşlı İsrafil Tağıyev və 33 yaşlı Rasim Cəfərov müəyyən olunaraq olunaraq saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə şübhəli şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Qalereya
Oxşar xəbərlər
Üç uşaq anası sosial şəbəkədə kişi ilə tanış oldu, ərini AMANSIZLIQLA ÖLDÜRDÜ
Bərdə rayonunda 1994-cü il təvəllüdlü Fidan ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Şirvanı (adlar şərti verilib - red.) qətlə yetirib....