Şəmkirdə insident: Söyüşə görə başlayan davada qadın yaralanıb
18
iyl
2026
14:44
Şəmkirdə mübahisə edən ərini ayırmağa çalışan qadın xəsarət alıb.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs içkili halda küçədə nalayiq ifadələr işlədib.
Bu zaman qadının həyat yoldaşı həmin şəxsə iradını bildirib və tərəflər arasında əlbəyaxa dava baş verib.
Nəticədə içkinin təsiri altında olan şəxs ərini davadan ayırmaq istəyən 21 yaşlı qadına kəsici alətlə xəsarət yetirib. Hadisəni rayon sakini 46 yaşlı A.İsmayılovun törətdiyi ehtimal olunur.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Seymur Nəcəfova yüksək vəzifə verildi
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə yeni prorektor təyin edilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin m...