Şəkidə "VAZ" markalı minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Şəki rayonunda "VAZ" markalı minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Şəki-Oğuz avtomobil yolunun rayonun Köbər-Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili "VAZ 2101" markalı minik avtomobili ilə toqquşub. Qəzadan sonra "VAZ 2107" markalı avtomobil yol kənarındakı çökəkliyə düşüb. Qəza zamanı "VAZ 2101" markalı avtomobilin sürücüsü və bir nəfər sərnişin xəsarət alıb.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə yerləşdirilib. Hazırda yaralılara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda çoxmərtəbəli binada yanğın: Hadisə yerindən görüntülər
Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar...