Şəkidə avtomobil ağaca çırpıldı - Ölən və yaralanan var
Şəkidə avtomobilin ağaca çırpılması nəticəsində bir nəfər ölüb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə aprelin 22-də saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində baş verin.
Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Təvəkkül Şiralıyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində sürücü xəstəxanada ölüb, 2016-cı il təvəllüdlü oğlu Kənan Şiralizadə isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Oxşar xəbərlər
Azərbaycanda toyda kütləvi zəhərlənmə
Kürdəmirdə toy mərasimində kütləvi zəhərlənmə baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun şəhər ərazisində yerləşən "Günəş" şadlıq sar...