Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblər AZADLIĞA BURAXILIRLAR

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblər AZADLIĞA BURAXILIRLAR
Hadisə 149

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməkdə təqsirləndirilən Səudiyyə Ərəbistanı vətəndaşları Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammadın barələrində olan hökmdən verdikləri apellyasiya şikayəti üzrə yekun məhkəmə keçirilib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən yekun prosesdə qərar qəbul edilərək Səbail Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Qərara görə, təqsirləndirilən əcnəbilərin cəzası 2 ildən 6 aya endirilib.

Hökmün icrasından sonra onların deportasiya olunması ilə bağlı qərar isə qüvvədə saxlanılıb.

Xatırladaq ki, ötən il avqustun 17-də üç əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb. Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi beş günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

Bu o deməkdir ki, adıçəkilən əcnəbilərin həbs müddəti bu gün başa çatır.

Qeyd edək ki, Sabail Rayon Məhkəməsinin hökmünə əsasən, Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad hər biri 2 il müddətinə azadlıqdan məhrum edilmişdilər.

Son xəbərlər