Səbaildə səhərdən başlayan yanğın SÖNDÜRÜLÜB
Yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.
Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.
***11:55
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunun ərazisində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
BAKU.WS-ə nazirlikdən verilən məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
***11:42
Səbail rayonunda açıq ərazidə yanğın baş verib.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Vətəndaşların sözlərinə görə, yanğın bu gün səhər saat 09 radələrində başlayıb və hələ də söndürülməyib.
İddia olunur ki, güclü külək alovun daha geniş əraziyə yayılmasına səbəb olur. Bu isə yanğının miqyasını daha da artırır.
Qeyd edilib ki, yolun yararsız vəziyyətdə olması və əvvəllər baş vermiş uçqun nəticəsində avtomobil yolu bağlandığından FHN-in yanğınsöndürmə texnikası hadisə yerinə çatmaqda çətinlik çəkir.
Oxşar xəbərlər
Akif Əyyubov vəfat etdi
Azərbaycanın tanınmış həkimi Akif Əyyubov vəfat edib. BAKU.WS xəbər verir ki, həkimin ölüm səbəbi hələlik açıqlanmayıb. Qeyd edək ki, A.Əyyubov Ailə Sağlamlıq M...