Saxta süd məhsullarının sosial mediada satışının qarşısı alınıb

Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan müraciət əsasında Masazırda yoxlama keçirilib.
Bu barədə BAKU.WS-ə Agentlikdən məlumat verilib.
Bildirilib ki, istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, "təbii süd məhsulu" adı altında, müşayiətedici sənədləri olmadan "TikTok" və "İnstagram" sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb.
Eyni zamanda süd məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb.
Qalereya
Oxşar xəbərlər
Sumqayıtda nasaz işıqfor sürücü və piyadaları çaş-baş salır
Sumqayıtda nasaz işıqfor sürücüləri və piyadaları çaş-baş salıb. BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdən aydın...