Samur-Abşeron kanalında yeniyetmə batıb
12
iyl
2026
18:46
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir. Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Bakıda deputat Arzuxan Əlizadənin oğlunun törətdiyi qətllə bağlı yeni detallar
Bakıda kütləvi davanın baş verdiyi ərazi məlum olub. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, General Şıxlınki küçəsi, 36 ünvan...