Salyanda qəbiristanlıq yanıb
21
may
2025
22:12
Salyan rayonunda qəbiristanlıq yanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Ərəbqardaşbəyli kəndində qeydə alınıb.
Belə ki, yaxınlıqda olan kol-kosda yanğın başlayıb. Küləkli hava olduğundan alov kənd qəbiristanlığına keçib.
Hadisə yerinə FHN-nin Salyan Yanğından Mühafizə Hissəsinə məxsus yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb edilib.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Buna baxmayaraq, qəbiristanlıqla birlikdə 5 hektar sahə yanıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. BAKU.WS ""Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb...