Şahin Şıxlinski və Səfərovlara HÖKM OXUNDU

Şahin Şıxlinski və Səfərovlara HÖKM OXUNDU
Hadisə 109

Ural bölgəsindəki Azərbaycan diasporunun sabiq rəhbəri Şahin Şıxlinski 22 il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS xəbər verir ki, Sverdlovsk məhkəməsinin qərarına əsasən, Şıxlinski və daha altı azərbaycanlı qətl törətmək və qətl cəhdində ittiham olunublar.

Məhkəmə hökmündə Şıxlinskinin cəzasının ilk dörd ilini həbsxanada, sonrakı hissəsini isə ciddi rejimli cəza koloniyasında çəkəcəyi göstərilib. Zərərçəkənlərə ümumilikdə 600 min rubl kompensasiya ödəniləcək. Bundan əlavə, Şıxlinskinin dörd avtomobili, iki mənzili və böyük məbləğdə nağd pulu müsadirə edilib.

Digər təqsirləndirilən şəxslərə verilən cəzalar belədir:

-Səfərov Akif – 21 il azadlıqdan məhrumetmə;

-Səfərov Ayaz – 20 il;

-Səfərov Kamal – 14 il;

-Səfərov Məzahir – 13 il;

-Səfərov Bəkir – 10 il;

Rəcəbov Şücayəddin – 14 il.

Təhlükəsizlik orqanları 2025-ci ilin yayında azərbaycanlıları saxlayıb. Səfərov qardaşları (Ayaz, Bəkir, Məzahir, Kamal və Akif), Şücayəddin Rəcəbov və Şıxlinski məhkəmə öncəsi həbs cəzasına məhkum ediliblər. Onlar iki ayrı cinayətdə ittiham olunublar.

Son xəbərlər