Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı verilib
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı verilib.
BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, Moskvanın Basmannı Məhkəməsi onun qiyabi həbs edilməsinə dair hökm çıxarıb.
İlkin məlumata görə, Şıxlinski Fehruz Şirinovun öldürülməsinə cəhddə iştirak etməkdə, habelə hakimiyyət nümayəndəsinə qarşı zorakılıqda ittiham olunur.
Şıxlinskinin vəkili bildirib ki, müvəkkili təqsirsizliyində israr edir və onun həbsi ilə bağlı qərardan apellyasiya şikayəti vermək niyyətindədir.
Xatırladaq ki, avqustun 2-də Şahin Şıxlinski Azərbaycanın Moskvadakı səfirliyindən çıxarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Qeyd edək ki, Şıxlinski əvvəllər Yekaterinburqda "Baku Plaza" ticarət mərkəzinin yaxınlığında saxlanılsa da, daha sonra dindirildikdən sonra sərbəst buraxılıb. Bir müddət sonra o axtarışa verilib.
Oxşar xəbərlər
Bakı metrosunda tüstülənmə - Sərnişinlər düşürüldü
Bakı metropoliteninin "28 May" stansiyasında qatarların hərəkətində fasilə yaranıb. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sərnişinlərin verdiyi məlumata gö...