Şadlıq sarayında bədbəxt hadisə: 23 yaşlı oğlan xəstəxanaya yerləşdirildi
27
iyl
2025
09:26
Qax rayonunda yerləşən şadlıq saraylarından birində bədbəxt hadisə baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü, əslən Ağdam rayonundan olan Orxan Nizami oğlu Qarayev tədbir zamanı şadlıq sarayının pilləkənindən yıxılıb.
Hadisə nəticəsində o, ciddi xəsarət alıb və dərhal təcili tibbi yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Müayinə zamanı O.Qarayevə kəllə-beyin silkələnməsi diaqnozu qoyulub. Hazırda onun müalicəsi xəstəxanada davam etdirilir.
Oxşar xəbərlər
Cəlilabadda yük avtomobili piyadanı vuraraq öldürüb
Cəlilabadda 62 yaşlı kişini avtomobil vuraraq öldürüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb. Belə ki, "QAZel"...