Şabranda həyətində çətənə kolu yetişdirən şəxs tutulub
Şabran rayonunda çətənə kolu yetişdirən şəxs tutulub.
BAKU.WS xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Qeyd edilib ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 49 yaşlı Yaşar Hüseynov saxlanılıb.
Onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi ümumi çəkisi 12 kiloqram olan 16 ədəd çətənə (kannabis) kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, Y.Hüseynovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Gənc oğlanın meyiti evin həyətində aşkarlandı
Biləsuvar rayonunda kişi meyiti tapılıb. BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb. Belə ki, səhər saatlarında kən...