Sabirabadda ailə üzvlərini işə götürən direktor VƏZİFƏSİNDƏN AZAD EDİLDİ
Sabirabad rayonu Əsgər Şərbətov adına Çiçəkli kənd tam orta məktəbinin direktoru Bayram Qasımov vəzifəsindən azad edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib.
Bildirilib ki, sözügedən məktəbdə qurum tərəfindən monitorinqlər aparılıb.
Aparılan monitorinqdən sonra məktəbin direktoru Bayram Qasımovun fəaliyyətində nöqsanlar aşkar edilib, bununla əlaqədar olaraq onun əmək müqaviləsinə xitam verilməsi üçün müvafiq əmr imzalanıb.
Mil-Muğan Regional Təhsil İdarəsindən verilən məlumata görə, monitorinq zamanı məlum olub ki, Bayram Qasımov direktor vəzifəsini icra etdiyi məktəbdə öz ailə üzvlərini işə götürüb. Bundan sonra Bayram Qasımov və ailə üzvlərinin fəaliyyətinə xitam verilib.
Oxşar xəbərlər
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
Kürdəmirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dəmir yolu xəttinin rayon ərazisindən keçən hissə...