"Sabah"ın futbolçusunun qabırğası əzilib
"Sabah"ın futbolçusu Coy-Lens Mikelsin qabırğası əzilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə klubdan bildirilib.
Misli Premyer Liqasının VII turunda "Karvan-Yevlax"la oyunda zədə alan hücumçu tam tibbi müayinədən keçib.
Müayinənin nəticələrinə əsasən, futboloçunun daxili orqanlarında hər hansı ciddi zədə və ya daxili qanaxma halı aşkarlanmayıb.
Həkimlərin rəyinə əsasən, futbolçumuza qabırğa əzilməsi diaqnozu qoyulub. Mikelsin bərpa müddəti növbəti günlərdə müəyyən ediləcək.
Qeyd edək ki, hücumçu matçın sonlarında rəqib qapıçı Kamran İbrahimovla toqquşduqdan sonra xəstəxanaya aparılıb.
Qarşılaşma "Sabah"ın qələbəsi ilə yekunlaşıb - 2:0.
Oxşar xəbərlər
Narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs tutulub
Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 51 yaşlı...