Saatlıda avtomobil piyadanı vuraraq öldürüb
23
iyl
2025
23:34
Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadə xəbər verir ki, hadisə Sabirabad–Saatlı avtomobil yolunun Bəylik kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən piyada – 1957-ci il təvəllüdlü Bəylik kənd sakini Əliyeva Rahilə Babaş qızı "VAZ 2107" markalı, 40-BF-564 dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulub.
Qadın hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb
12 iyul 2026-cı il tarixində Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində batan 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun meyi...