Rusiyanın Yekaterinburq şəhərində Azərbaycanın daha bir vətəndaşı həbs edilib

Rusiyanın Yekaterinburq şəhərinin Lenin Rayon Məhkəməsi Azərbaycan vətəndaşı Əziz Abasov barəsində həbs qətimkan tədbiri seçib.
BAKU.WS "Report"a istinadən verdiyi məlumata görə, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 2025-ci il iyulun 19-dək həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Basqın zamanı iki nəfər öldürülüb, bir neçə nəfər yaralanıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Onlar iyulun 1-də Ağcabədidə dəfn olunublar.
İyunun 28-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayaraq, istintaqın aparılmasını və bu yolverilməz zorakılıq aktının səbəbkarlarının məsuliyyətə cəlb olunmasını tələb edib. Sonra Rusiyanın müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və baş verənlərlə bağlı ona sərt etiraz bildirilib.
Oxşar xəbərlər
Bakıda dəhşətli QƏZA - Motosiklet yük maşınına çırpıldı, kuryer ÖLDÜ
Ötən gecə Mərdəkanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə Qala yolu adlanın ə...
