Rusiyada dəhşətli QƏZA: Üç azərbaycanlı gənc həlak oldu
Rusiyada azərbaycanlıların olduğu avtomobil qəzaya düşüb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə mayın 30-da Rusiya Federasiyasının Şimali Osetiya ərazisində baş verib. "LADA Priora" və VAZ-2107 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib.
Həlak olanlardan 3 nəfər Azərbaycan vətəndaşıdır. Dünyasını dəyişən azərbaycanlılardan ikisi Qazax, 1 nəfər isə Ağstafa rayon sakinidir.
Qazax rayonunun Daş Salahlı kənd sakinləri - 2005-ci il təvəllüdlü Köçər Hüseynov və 1993-cü il təvəllüdlü Pərvin Yusifov bir neçə ay öncə Rusiyaya işləmək üçün gediblərmiş.
Qəzada ölən digər azərbaycanlı - Ağstafa rayon sakininin isə şəxsiyyəti dəqiqləşdirilir.
Oxşar xəbərlər
İran səfirliyinin əməkdaşı suallara cavab vermir, amma üzündə təbəssüm var
İran səfirliyinin əməkdaşı suallara cavab vermir, amma üzündə təbəssüm var. BAKU.WS xəbər verir ki, bu barədə məlumat və kadrlar Baku TV-nin efirində yayımlanıb...