Rusiyada azərbaycanəsilli olduğu deyilən iş adamı saxlanıldı
Rusiyada azərbaycanəsilli olduğu iddia edilən iş adamı saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə mətbuat xidmətindən RBK-ya bildirilib.
Məlumata görə, "Amurov Group" MMC adlı tikinti şirkətinin rəhbəri Mark Aleksandroviç Amurov Rusiyaya Azərbaycandan gedib. O, Sankt-Peterburqda ümumi məbləği 46 milyon rubldan çox olan bir sıra dələduzluqda şübhəli bilinir.
32 yaşlı baş direktora qarşı Cinayət Məcəlləsinin 159-cu (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. O vətəndaşlara yaşayış binalarının tikintisinə və sonradan icarəyə verilməsinə sərmayə qoymağı təklif edib, lakin toplanan vəsaiti mənimsəyib.
İş adamı Parqolovo kəndinin Voloqodskaya küçəsindəki şəxsi evində saxlanılıb. Rusiya Daxili İşlər Nazirliyindən yerli KİV-ə verilən məlumata görə, axtarış zamanı təhlükəsizlik qüvvələri tərəfindən daşınmaz əmlaka dair sənədlər, mobil telefon və pul (rubl və xarici valyutada) götürülüb.
Oxşar xəbərlər
Avtomobil almaq üçün 30 min manatdan çox pul ödədi - Aldadıldığını iddia etdi
Maşın almaq üçün 30 min manatdan çox ödəniş edən vətəndaş iki aydır avtomobili təhvil ala və ya ödənişini geri qaytara bilmədiyini deyir. BAKU.WS Xəzər TV-yə is...