"Range Rover"lə dörd nəfərin ölümünə səbəb olan klub prezidenti azadlığa çıxdı
Bakıda dörd nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilərək həbs edilən Elşad Kəlbəliyev cəzadan azad edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, o, bu gün 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən azad edilib.
Qeyd edək ki, E.Kəlbəliyev "Qurtuluş 93" MTK-nın rəhbəri Məhərrəm Novruzovun kürəkənidir. O, "Qurtuluş 93"də satış müdiri vəzifəsində çalışıb və "Əlincə" futbol klubunun prezidenti olub.
O, Novxanı qəsəbəsi ərazisində "Range Rover" markalı avtomobili ilə 4 nəfəri vuraraq öldürmüşdü. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilən E.Kəlbəliyev sonradan cəzasını Məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirdi.
Oxşar xəbərlər
Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının NƏŞİ TAPILDI
Ukraynanın Odessa sahilləri yaxınlığında baş verən dron hücumu nəticəsində həlak olan "Atlas Bey" mülki ticarət gəmisinin kapitanı Səməd Nəsrullayevin nəşi aşka...