"Qumar kralı"nın həbsi uzadıldı - Şikayəti rədd edildi

Qumar oyunları təşkil etmə və cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaqda ittiham olunan Yusif Baqiyevin (Şəkili Yusif) həbsdə saxlanılma müddəti uzadılıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, prokurorun təqdimatı əsasında belə qərar qəbul edilib.
Məhkəmə ağır cinayətlə bağlı əlavə sübutların toplanmasını zəruri hesab edib. Bu əsasla təqsirləndirilən şəxs daha üç ay həbsdə qalacaq.
Baqiyev istintaq dövründə həbsdə qalmaq istəmir. Amma onun verdiyi şikayət apellyasiya instansiyasında rədd edilib.
İttihama görə, Yusif Baqiyev qanunsuz qumarxana şəbəkəsi quraraq bu yolla ümumilikdə 161 milyon manat məbləğində gəlir əldə edib. Hazırda onun barəsində Baş Prokurorluq tərəfindən aparılan ibtidai istintaq davam etdirilir.
Qeyd edək ki, "Qumar kralı" kimi tanınan Yusif Baqiyev Yasamalda yerləşən "Nuxa" restoranının da sahibi olub. Bir neçə ay əvvəl adıçəkilən restoran yanğın təhlükəsinə görə bağlanıb.
Oxşar xəbərlər
Masallıda dəhşət: 12 yaşlı qonşu oğlanı kömək adı ilə evinə çağırdı, təcavüz etdi
Masallı rayonunda 21 yaşlı şəxs 12 yaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər edib. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən...
