Qubada kəndə ayılar hücum edib, ev heyvanları tələf olub

Qubada kəndə ayılar hücum edib, ev heyvanları tələf olub
Foto Video
Hadisə 191

Son iki ay ərzində Quba rayonunun Gümürdəhnə kəndi sakinləri yırtıcı heyvanların, xüsusilə də ayıların hücumuna məruz qalır.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Kənd sakininin məlumatına görə, ayılar kəndə hücum edərək mal-qara və digər təsərrüfat heyvanlarına ciddi ziyan vururlar:

"Hazırda kənddə 46 ev var və demək olar ki, hər ailənin təxminən 10 baş heyvanı var. Lakin hər gün 1-3 heyvan yırtıcılar tərəfindən tələf edilir".

Kənd camaatı bir neçə dəfə müvafiq qurumlara müraciət etsə də, tədbirlər qeyri-kafi olaraq qiymətləndirilir. Belə ki, yırtıcı heyvanlarla mübarizə aparmaq üçün kəndə yalnız iki şəxs göndərilib. Lakin onlara yalnız yırtıcı heyvanlara toxunmamaq, onları qorxutmaq təlimatları verilib:

"Deyirlər ki, yırtıcı heyvanlara ziyan vurulsa, cərimə tətbiq ediləcək. Bəs mənim təsərrüfatıma dəyən ziyan, onu kim ödəyəcək?".

Kənd sakinləri isə artıq ciddi narahatlıq içərisindədirlər. Yemək tapmaqda çətinlik çəkən bu heyvanlar kəndə daha sıx hücum etməyə başlayıblar.

Son xəbərlər