Qəbələdə itkin düşən şəxs tapılıb
28
iyl
2025
09:01
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Bum qəsəbəsi ərazisində 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.
"FHN-dən "Report"a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal qurumun Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaş sağ vəziyyətdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da polis əməkdaşlarının keçir...