Qazaxıstanda təyyarə qəzasında həlak olanların xatirəsinə mahnı bəstələnib

Qazaxıstanda təyyarə qəzasında həlak olanların xatirəsinə mahnı bəstələnib
Video
Hadisə 214

Qazaxıstanlılar Aktau yaxınlığında baş vermiş faciəli təyyarə qəzasının qurbanlarının xatirəsinə "Теңіз-жүрек" ("Dəniz ürəyi") adlı mahnı təqdim ediblər.

Bu barədə "Report" Qazaxıstan KİV-lərinə istinadən xəbər verir.

Qazax və Azərbaycan dillərində ifa olunan kompozisiya xalqlar arasında birlik və səmimi dostluğun rəmzinə çevrilib.

Kompozisiyanın musiqisi Renat Qaysinə, sözləri isə Daniyar Aldabergen və Elmira Dehqaniyə aiddir.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Oxşar xəbərlər

Rəqqasə Fatimə Fətəliyeva dələduzluqla üzləşdi

Rəqqasə Fatimə Fətəliyeva dələduzluqla üzləşdi

Rəqqasə Fatimə Fətəliyeva hüquq-mühafizə orqanlarına müraciət edib. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, rəqqasə son zamanlar sosial şəbəkələrdə özünün və...

90 Hadisə 00:00 04 yanvar 2025

Son xəbərlər