Qazaxda narkokuryerlər saxlanıldılar
30
mar
2025
15:58
Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən Rövşən Əliyev və Valeh Valehov saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə bildirilib
Məlumata görə, onlardan 2 kiloqrama yaxın marixuana, metamfetamin və heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər qazanc əldə etmək məqsədi ilə narkokuryerlik etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Qadın sahibkarın ölkədən çıxışına "stop" qoyuldu: 100 min manatdan çox borc
Külli miqdarda vergi borcu olan qadın sahibkarın ölkədən çıxışına məhdudiyyət qoyulub. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, 69 yaşlı R.İsrafilovanın adın...