Qaradağda sərnişindaşıma adı altında narkokuryerlik edən şəxslər saxlanılıb
Qaradağda sərnişindaşıma fəaliyyəti adı altında narkokuryerlik edən şəxslər saxlanılıb.
Bu barədə BAKU.WS Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi sonuncu əməliyyat zamanı 49 yaşlı Salman Məmmədov və 42 yaşlı Tural Rəhmanov saxlanılıblar.
Onların üzərindən və T.Rəhmanova məxsus mikroavtobusdan 8 kq 380 qr marixuana, 2 kq 560 qr tiryək və 200 ədəd psixotrop tərkibli güclü təsiredici xassəyə malik metadon həbi aşkarlanıb.
Saxlanılan şəxslər ifadələrində narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Araşdırma zamanı onların şəhərlərarası sərnişindaşıma fəaliyyəti adı altında narkokuryerlik etdikləri məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.
Oxşar xəbərlər
Bakıda tələbə universitetdə yıxıldı - Xəstəxanalıq oldu
15.12.2025-ci il tarixində saat 11:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Azərbaycan Universitetindən 18 yaşlı şəxsin yıxılma...