Qaradağda kafedə qumarxana aşkarlanıb, 4 nəfər saxlanılıb

Qaradağda kafedə qumarxana aşkarlanıb, 4 nəfər saxlanılıb
Foto
Hadisə 386

Qaradağ rayonunda kafedə qumarxana təşkil edənlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinə (RPİ) Lökbatan qəsəbəsində yerləşən kafelərin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub.

Görülən tədbirlərlə qumar oyunlarını təşkil edən həmin obyektin sahibi 40 yaşlı Ural Hüseynov və daha 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıblar.

U.Hüseynov barəsində Qaradağ RPİ-də istintaq araşdırmaları aparılır.

Digər şəxslər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Qaradağda kafedə qumarxana aşkarlanıb, 4 nəfər saxlanılıb

Oxşar xəbərlər

Bakıda ağac avtomobilin üzərinə aşdı

Bakıda ağac avtomobilin üzərinə aşdı

Bakının Nərimanov rayonu ərazisində ağac maşının üzərinə aşıb. BAKU.WS-in məlumatına görə, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, qurumuş...

117 Hadisə 11:14 06 noyabr 2025

Son xəbərlər