Qalada avtomobilin vurduğu 18 yaşlı şəxs xəstəxanada ölüb
02
avq
2025
15:24
Bakının Xəzər rayonunun Qala qəsəbəsində 18 yaşlı şəxsi avtomobil vurararaq öldürüb.
BAKU.WS xəbər verir ki, Əliyev Balatahir Bəyalı oğlu idarə etdiyi "VAZ 2104" markalı avtomobil ilə Qala qəsəbəsindən Pirallahı rayonu istiqamətində hərəkətdə olarkən, piyada - 05.05.2007-ci il təvəllüdlü Hüseynov Polad Anar oğlunu vurub.
Nəticədə Polad Hüseynov aldığı xəsarətlərdən Sabunçu tibb mərkəzində ölüb.
Faktla bağlı Xəzər RPİ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Oxşar xəbərlər
Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb
12 iyul 2026-cı il tarixində Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində batan 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun meyi...