Prokuror Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblərə cəza istədi
Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda sonuncu iki şahidin ifadəsi elan edildikdən sonra məhkəmə istintaqının yekunlaşması elan edilib.
Daha sonra prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilən əcnəbilərin hər üçünün ayrı-ayrılıqda 4 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Zərərçəkən şəhid ailələri isə ərəblərin törətdiyi əməlləri onların yol verdiyi bir səhv kimi qiymətləndirilməsini xahiş edib və onları bağışladıqlarını deyiblər.
Vəkillər müdafiə çıxışlarına hazır olmadıqlarına görə vaxt istəyiblər.
Növbəti iclas dekabrın 16-na təyin edilib.
Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...