Polşa İspaniyadan Azərbaycan üçün göndərilən təyyarə şinlərini müsadirə etdi
Polşa gömrük orqanları İspaniyadan Azərbaycana göndərilən və Belarusla Rusiya üzərindən tranzitlə daşınan "Boeing" təyyarələri üçün nəzərdə tutulmuş beş ton çəkidə şinləri müsadirə edib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sözügedən yüklər Avropa İttifaqının sanksiyalarına düşdüyü üçün saxlanılıb.
"Polşanın Koroşin şəhərində yük maşını yoxlanılarkən əməkdaşlar bəyan edilmiş avtomobil və avtobus şinləri əvəzinə, mülki "Boeing" təyyarələrində istifadə olunan xüsusi şinlərin daşındığını müəyyən ediblər", - deyə məlumatda əlavə edilib.
Yükün göndəricisi İspaniyada yerləşən bir şirkət, alıcısı isə Azərbaycandakı şirkət olub. Aşkarlanmış faktla bağlı gömrük saxtakarlığı maddəsi ilə cinayət işi açılıb.
Oxşar xəbərlər
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da polis əməkdaşlarının keçir...