Polisə tabe olmayan sürücü həbs edilib

Polisə tabe olmayan sürücü həbs edilib
Video
Hadisə 157

Qanunazid əməllərini aqressiv davranışla ört-basdır etmək istəyən sürücü məsuliyyətə cəlb olunub.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, 9-cu taqımının əməkdaşları Şəmkir rayon sakini Rəfayel Əliyevə idarə etdiyi VAZ markalı avtomobildə konstruksiya dəyişikliyi etdiyi üçün "Saxla" işarəsi versələr də, o, tabesizlik göstərərək hərəkətini davam etdirib.

Görülən tədbirlərlə saxlanılan R.Əliyev araşdırma zamanı da məsuliyyətdən yaxa qurtarmaq məqsədilə süni gərginlik yaratmağa calışıb, YPX əməkdaşlarına tabesizlik göstərib. Aidiyyəti üzrə təhvil verilən R.Əliyev məhkəmənin qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs edilib.

BDYPİ qeyri-adekvat davranış nümayiş etdirməklə polisə təsir göstərmək niyyəti güdən bu kimi halların əbəs və yolverilməz olduğunu bir daha qeyd edir, qanunvericiliyin tələblərini pozan, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təhdid edən şəxslərə qarşı kəsərli tədbirlərin görüləcəyini bildirir.

Son xəbərlər