Polis reyd keçirdi - mikroavtobusda mal-qara daşıyanlar cərimələndi (VİDEO)

Polis reyd keçirdi - mikroavtobusda mal-qara daşıyanlar cərimələndi (VİDEO)
Video
Hadisə 1716
Astarada yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə rayon ərazisində reyd keçirilib. DİN mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev BAKU.WS-ə açıqlamasında bildirib ki, reyd zamanı əsasən istismar müddəti başa çatmış, eləcə də texniki cəhətdən nasaz vəziyyətdə idarə olunan avtonəqliyyat vasitələri aşkarlanaraq barələrində inzibati protokol tərtib edilib. Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən eyni zamanda sürücülər tərəfindən törədilən digər kobud qayda pozuntuları da qeydə alınıb. Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən, azyaşlı uşağı ön oturacaqda əyləşdirən, nəqliyyat vasitəsində kobud konstruksiya dəyişiklikləri edən və avtomobilə əlavə qurğular quraşdıranlar aşkarlanıb. Reyd zamanı sərnişindaşıma üçün nəzərdə tutulan mikroavtobusda mal-qara daşıyanlara da rast gəlinib. Sürücülərin hər biri qayda pozuntularını müxtəlif səbəblərlə izah etməyə çalışıblar. Bu cür faktların qaşısının alınması və yollarda sürücülərin, eyni zamanda sərnişinlərin təhlükəsizliyinin təmini məqsədini daşıyan reydlər bundan sonra da davam etdiriləcək.BAKU.WS

Son xəbərlər