Polis 66 yaşlı bu kişi ilə bağlı əhaliyə müraciət etdi
16
okt
2025
12:55
Sabirabad sakini itkin düşüb.
BAKU.WS DİN-ə istinadən xəbər verir ki, Sabirabad rayon sakini, 1959-cu il təvəllüdlü İbrahimov İmamverdi Şahbaz oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
İ.İbrahimovun əlamətləri: boyu 172 sm, arıq bədən quruluşlu, saçları ağ, gözlərinin rəngi qəhvəyidir.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə və ya Sabirabad Rayon Polis Şöbəsinə (02123 5 52 03, 050 352 69 89) məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər
Ağstafada 15 yaşlı yeniyetmənin "TikTok" üçün çəkilişi faciə ilə nəticələndi
Ağstafada 15 yaşlı yeniyetməni elektrik cərəyanı vurub. Hadisə rayon ərazisində yerləşən dəmir yolu sahəsində baş verib. Məlumata görə, rayon sakini Ömər Nəsibo...