Polis 45 yaşlı kişini axtarır - Onu görənlər bu nömrələrə zəng etsin
Qazaxda 45 yaşlı kişi itkin düşüb.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən xəbərə görə, Qazax rayon Aslanbəyli kənd sakini, 1980-ci il təvəllüdlü, Məmmədov Camal Mədət oğlu avqustun 2-də yaşadığı ünvandan çıxaraq Bakı şəhərinə gedib və bir daha geri qayıtmayıb.
İtkin düşən şəxsin əlamətləri belədir: gözlərinin rəngi qəhvəyi, boyu 176 sm, orta bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində ağ köynək, qara şalvar, qara ayaqqabı olub.
Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" xidmətinə, həmçinin Qazax Rayon Polis Şöbəsinin 0229 5 14 97, 051 233 40 22, 050 258 57 57 şəhər və mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər
Qadın sahibkarın ölkədən çıxışına "stop" qoyuldu: 100 min manatdan çox borc
Külli miqdarda vergi borcu olan qadın sahibkarın ölkədən çıxışına məhdudiyyət qoyulub. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, 69 yaşlı R.İsrafilovanın adın...