Piyadanı vurub öldürən təcili yardım sürücüsünə hökm oxundu
Bakıda piyadanı vurub öldürən təcili yardım avtomobilinin sürücüsünə hökm oxunub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Zabrat-Maştağa yolunda baş verib.
14 saylı Təcili Tibbi Yardım Stansiyasının təcili yardım avtomobilinin sürücüsü Sultan Sultanov Zabratdan xəstə çağırışından qayıdarkən yolda piyada Şahverdi Məlikovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Qeyd olunub ki, hadisəyə səbəb sürücünün avtomobili yüksək sürətlə idarəetməsi olub. Faktüzrə cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə S.Sultanov 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Şahbuzda ağır yol qəzasında 3 nəfər ölüb, 9 nəfər yaralanıb
Şahbuzda ağır yol qəzası olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Gömür kəndində baş verib. Dağlıq ərazidə hərəkətdə olan "Toyota Prado"...