Paytaxtın bu ünvanına yeni svetoforlar quraşdırılıb
Paytaxtın Nəsimi rayonu, Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsi ilk dəfə svetoforlarla tənzimlənəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində də piyadaların təhlükəsizliyi təmin olunacaq:
"NİİM tərəfindən bu istiqamətdə işlərə başlanılıb. 7-si "L", 8-i "A" tipli olmaqla ümumilikdə ədəd svetofor dirəyinin quraşdırılması işləri hazırda davam etdirilir. Görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi çərçivəsində hərəkətin təşkilində edilən dəyişikliklə bağlıdır".
Oxşar xəbərlər
Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun Hac...