Paytaxtın bu hissəsində nasaz avtomobil qəzaya səbəb oldu - ANBAAN GÖRÜNTÜ
Paytaxtın Sabunçu rayonu Aeroport şosesində avtomobil qəzası baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb.
Bildirilib ki, qəza texniki nasaz avtomobilin təhlükəsizlik tədbirlərinə əməl olunmadan yolun ortasında dayanması nəticəsində baş verib.
Qurum rəsmisi sürücülərə yaranmış qəza ilə bağlı müraciət edib:
"Sürücülər: Təhlükə yaratmayaq! Özünüzü və başqalarını riskə atmayın. Yol sizin deyil - hər kəsindir. Qəzadan sonra peşman olmaq yox, əvvəlcədən tədbir görmək lazımdır Texniki nasazlıq zamanı avtomobili kənara çəkin, qəza işıqlarını yandırın, xüsusi nişandan istifadə edin və yardım çağırın".
Oxşar xəbərlər
6 rayonda məskunlaşan sakinlər qoyunçuluq təsərrüfatı qurublar
Ağdərə, Ağdam, Xocalı, Cəbrayıl, Xocavənd və Laçın rayonlarında daha 105 sakinə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib. Bu barədə BAKU.WS-ə...