Paytaxtda daha bir avtomobil qəzası: İşıqfor yararsız hala düşdü

Paytaxtda bir çox işıqforlar yol-nəqliyyat hadisələri zamanı istifadəyə yararsız hala düşüb.
BAKU.WS xəbər verir ki, baş verən yol-nəqliyyat hadisələri təkcə nəqliyyat sıxlığının yaranması ilə nəticələnmir, bu qəzalar həm də svetoforları yararsız hala salır. Bu vəziyyətdən isə yol hərəkəti iştirakçıları əziyyət çəkməli olurlar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov sosial şəbəkədə paylaşım edib.
O həmin qəzalardan birinin görüntüsünü yayıb və sözlərinə belə davam edib:
"Gecə saatlarında Nəsimi rayonu, Rəşid Behbudov və Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınan qəza nəticəsində növbəti dəfə svetofor yararsız vəziyyətə düşüb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən piyada və sürücülərin təhlükəsizliyini təmin etmək üçün qısa müddət ərzində sıradan çıxan svetofor dirəyi yenisi ilə əvəz olunub".


Oxşar xəbərlər
Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi klinika isə...
Sosial şəbəkələrdə "Gül Əliyeva" kimi tanınan Gülsüm Əliyeva Gəncədə fəaliyyət göstərən "VMR Estetik Klinikası"nda liposaksiya əməliyyatı aparıb. Həmin əməliyya...