Paytaxt avtobusunda sərnişinin başına su töküldü - Rəsmi açıqlama

Paytaxt avtobusunda sərnişinin başına su töküldü - Rəsmi açıqlama
Foto
Hadisə 51

Bu gün Bakıda 7A nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birinin soyutma sisteminin drenaj xəttində texniki nasazlıq yaranıb.

BAKU.WS xəbər verir ki, bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, sürücü nasazlıq barədə məlumat aldıqdan sonra avtobusun dövriyyəsini tamamlayaraq sərnişinləri son dayanacağa çatdırıb və nəqliyyat vasitəsini texniki baxış və təmir üçün depoya təhvil verib:

"Hazırda nasazlığın aradan qaldırılması istiqamətində müvafiq işlər aparılır. Sərnişindaşıma xidmətində fasilənin yaranmaması üçün nasaz avtobus operativ şəkildə digər nəqliyyat vasitəsi ilə əvəz olunub".

*** 12:14

Bakıda 7A nömrəli avtobusun salonunda sərnişinin üzərinə tavandan su axıb.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a həmin şəxs özü məlumat verib.

Onun sözlərinə görə, Əhmədlidən Bakı Dəmiryol Vağzalına gedərkən avtobusda pəncərə kənarında əyləşib. Sərnişin təxminən bir saat ərzində yolboyu tavandan damcılayan sudan qorunmaq üçün aldığı kitabın paketini başının üzərinə tutub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər