Özünü şəhid xanımı kimi təqdim edən şəxs HƏBS OLUNDU
Mingəçevirdə dələduzluq edən qadın tutulub.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları dələduzluqda şübhəli bilinən Rəsmiyyə Kazımovanı saxlayıblar.
Məlum olub ki, R.Kazımova zərərçəkmişə özünü şəhid xanımı kimi təqdim edərək, dövlət tərəfindən veriləcək fərdi yaşayış evini ona pay edəcəyini bildirib. O, sənədləşmə üçün həmin şəxsin 22 500 manat pulunu dələduzluqla ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Kazımova barəsində həbs qətimkan tədbiri seçilib.
Onun analoji əməllərindən zərər görən başqa şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.
Oxşar xəbərlər
Kəlbəcərdə 39 yaşlı şəxs sursat partlayışı nəticəsində xəsarət alıb
Kəlbəcər rayonunun Zəylik kəndi ərazisində sursat partlayışı hadisəsi baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi v...