Ötən ay Azərbaycanda 98 aptekdə yoxlama aparılıb, 31-də nöqsan aşkarlanıb
Azərbaycanda fevral ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) ümumilikdə 98 aptekdə yoxlama aparıb.
Bu barədə BAKU.WS-ə AEM-dən məlumat verilib.
Bildirilib ki, yoxlamalardan 23-ü Bakı şəhərində, 75-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.
Keçirilən yoxlamaların 77-si planlı, 20-si plandankənar, 1-i isə yoxlamadan kənar olub.
Nəticələrə əsasən, 31 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.1, 452.3 və 452.4-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.
Oxşar xəbərlər
Ceyranbatanda ana və övladını maşın vurub
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində ana və övladını avtomobil vurub. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun qəsəbə ərazisində...