Ordumuzun mövqeləri atəşə tutulub

Ordumuzun mövqeləri atəşə tutulub
Hadisə 2

Ordumuzun mövqeləri atəşə tutulub.

Bu barədə BAKU.WS-ə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Oktyabrın 24-ü saat 22:20-dən oktyabrın 25-i saat 01:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu, Zərkənd və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Dəmirçidam, İstibulaq və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Oxşar xəbərlər

Mövqelərimiz atəşə tutulub - RƏSMİ

Mövqelərimiz atəşə tutulub - RƏSMİ

Oktyabrın 3-ü axşam saatlarında və 4-ü gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Subatan, Yuxarı Şorca və İstisu, Tovuzqala ra...

199 Hadisə 09:00 04 oktyabr 2022

Son xəbərlər