Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub
![Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub](https://baku.ws/storage/photos/uploads/thumbs/large/1662613987_mudafie-nazirliyi156.webp)
Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən bildirilib.
Sentyabrın 7-si saat 21:00-dan sentyabrın 8-i saat 04:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Subatan və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Oxşar xəbərlər
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - RƏSMİ
Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 8 dəfə atəşə tutulub. Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verili...
![](/images/banners/placeholder_home_right_az.jpg)