Ordubadda dəm qazından kütləvi zəhərlənmə olub, ölən var
Ordubadda dəm qazından kütləvi zəhərlənmə olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonunun Ağrı kəndində qeydə alınıb.
Belə ki, dəm qazının sızması nəticəsində 1935-ci il təvəllüdlü Bağırov Salman Əli oğlu, həyat yoldaşı 1943-cü il təvəllüdlü Bədəlova Mənzər Qasım qızı, gəlinləri 1961-ci il təvəllüdlü Zeynalova Qızbəsti Əliqulu qızı və qohumları 1955-ci il təvəllüdlü Fətəliyeva Rəmziyyə Əvəz qızı zəhərləniblər. Onlar Naxçıvan Muxtar Respublikası Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
Onlardan S.Bağırov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq ölüb.
Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Qəçrəşdəki restoranda 29 yaşlı oğlan öldü
Qubada 29 yaşlı oğlan restoranda ölüb. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə iyulun 24-ü saat 21 radələrində Qəçrəş qəsəbəsinin ərazisində yer...