Ona analıq edən qadının şah damarını kəsdi - 16 il həbs cəzası alan qatilin CİNAYƏTİNİN DETALLARI
Maştağada ögey anasını qətlə yetirməkdə təqsirləndirilən Qasım Məmmədovun məhkəmə prosesi başa çatıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.
Məhkəmənin qərarına əsasən, Qasım Məmmədov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə ötən il noyabrın 28-də Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.
Qətlə yetirilən qadın oğlanın bioloji anası olmasa da, ona uşaqlıqdan analıq edib və öz övladı kimi böyüdüb.
Bildirilir ki, axşam yoldaşı ilə evə qayıdanda əri əlini yumaq üçün hamama keçib. Bu vaxt oğlan qəfildən əlində bıçaqla girərək, qadının şah damarına xəsarət yetirib. Qadın hadisə yerində keçinib.
Hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
Qazaxda güclü qar səbəbindən evin talvarı çöküb, iki avtomobil altında qalıb
Qazaxda yağan güclü qar ciddi fəsadlara yol açıb. BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb. Belə ki, ötən gecədə...