ŞOK HADİSƏ - Gəlin ərinin qırxı çıxmamış pulları oğurlayıb erməni kişinin evinə qaçdı... (VİDEO)
20
dek
2018
08:43
Azərbaycanda 24 yaşlı gəlin həyat yoldaşının 40 mərasiminə 3 gün qalmış anası ilə birgə evdəki seyfdən pul oğurlayaraq erməninin evində gizlənib.Bu barədə Xəzər televiziyasında Xoşqədəm Hidayətqızının "Səni Axtarıram" verilişinə çıxan qaynana Laçın Mədirova bildirib. O vurğulayıb ki, oğlu Həsənin 25 yaşı olanda Göygöl rayonunda yaşayan qardaşı qızı ilə evləndirib: "Onlar 5 il bir yerdə yaşadılar. Oğlumun 29 yaşı olanda birdən-birə mədəsində problem yarandı. Xəstəxanaya aparanda "Təcili əməliyyat olunmalıdır" dedilər. Oğlum əməliyyatdan sağ çıxmadı. Gəlin çox yaxşı idi. Münasibətlərimizdə problem yox idi. Anası gələndən sonra problemlər yaşanmağa başladı. Gəlin 6 aylıq hamilə idi. Qızın anası mənə dedi ki, qızımı aparacağam. O, qızını abort elətdirib ərə verməyə apardı. Mən də dedim uşaqların heç olmasa birini ver ki, oğlumun qoxusunu ondan duyum. Gəlin məni aldatdı ki, mən heç bir yerə getmirəm. Anama bilet almışam evinə göndərirəm. Mən də rahat olub işə getdim. Axşam saat 8-də evə gələndə gördüm ki, seyfi qırıb, oğlumun nə qədər pulu, qızılı və əşyası varsa oğurlayıb aparıblar. Oğlum yaxşı qazanırdı, biznesmendir. Onlar ana-bala Xaçik adlı ermənini evində gizlənmişdilər. Mən qardaşımın qızı olduğuna görə polisə vermədim. Hər il onlarla görüşürdüm. Amma sonradan onlardan xəbər ala bilmədim. Uşaqlar Qazaxıstan, gəlin isə Azərbaycan vətəndaşıdır. Uşaqlar mənim himayəmdə idi. Onlar uşağı hansı yolla oğurlayıb gətiriblər, bilmirəm. Mən oğlumun qəsdən zəhərlənə biləcəyindən şübhələnirəm. Çünki oğlumun 40 mərasiminə 3 gün qalmış qaçdı. Erməni ər-arvad onları necə yola salıb, xəbərim olmadı". /big.az BAKU.WS
Oxşar xəbərlər
Salyandakı hadisə ilə bağlı ŞOK TƏFƏRRÜAT: Gəlini qaçıran şəxs evli imiş - VİDEO
Salyan rayonunun Qaraçala qəsəbəsində gəlin toy mərasiminə bir gün qalmış başqasına qoşulub qaçıb. Bəy, qız evinə gedən zaman gəlinin başqa bir oğlana qoşulub q...