Nəsimi rayonunda yerləşən evə pəncərədən daxil olurlar? - AÇIQLAMA
"Ötən gün bir sıra media orqanlarında əsassız, yoxlanılmamış və ictimaiyyətdə yanlış təsəvvür yaradan məlumatlar yer alıb".
BAKU.WS xəbər verir ki, bu barədə Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin yaydığı məlumatda qeyd olunub.
Məsələ ilə bağlı TNS-ə bildirilib ki, sözügedən bina 1885-ci ildə tikilib və bir müddət öncə dövlət layihəsi çərçivəsində aidiyyəti qurum tərəfindən təmir olunub.
"Vətəndaş tərəfindən mənzilin bir mövcud girişi olmasına baxmayaraq, müəyyən məqsədlər üçün əlavə giriş açmaq niyyətində olub. Qeyri-qanuni olaraq binanın konstruksiyasına müdaxilə faktlarının qarşısı dəfələrlə qurumun nümayəndələri tərəfindən alınıb", - deyə, məlumatda qeyd olunub.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.
Qalereya
Oxşar xəbərlər
Bakıda 15 yaşlı yeniyetmə qətlə yetirildi - 14 yaşlı oğlan SAXLANILDI
Bu gün saat 22 radələrində Bakının Yasamal rayonu ərazisində 2010-cu il təvəllüdlü H.Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. BAKU.WS xəbər v...